"Erkən nikaha son deyək!"

İllik fəaliyyət planına uyğun olaraq " Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramına əsasən "Şagirdlər və tələbələr arasında erkən nikah hallarına qarşı mübarizə üzrə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi" hədəfini rəhbər tutaraq, məktəbimizin VI və VII sinif şagirdlərinin iştirakı ilə bu mövzuda onlayn görüş keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi də iştirak etmişdir. Tədbiri məktəbin biologiya müəllimi Abdullayeva Aliyə hazırlamışdır. Şagirdlər "Erkən nikaha son deyək!" şüarı altında bir sıra maraqlı təqdimatlar təqdim etmişlər. Erkən nikahın səbəb olduğu fəsadlar - təhsildən yayınma, erkən yaşda ana olmaq və bununla əlaqədar olaraq ölüm hallarının çoxalması, natamam inkişaf etmiş körpənin dünyaya gəlməsi və əlilliyin artması, qadınlara qarşı törədilmiş hər cür zorakılıq hallarının qarşısında onların göstərdiyi acizlik və s. bu kimi hallar qınanmışdır. Sonda məktəb rəhbərliyi çıxış edərək, hər zaman bu cür aktual mövzuları qabartmaqla şagirdləri maarifləndirməyin vacibliyini vurğuladı.