"Fəxri Fərman"

         Ulu Öndər Heydər Əliyev müəllim haqqında demişdir: "Mən dünyada müəllimdən yüksək ad tanımıram!"
         Məktəbin qabaqcıl ibtidai sinif müəllimi - bu şərəfli adın mənəvi yükünü təmiz vicdanla daşıyan və bu ada həyatı boyunca layiq olan Şövkət müəllimin 63 yaşı tamam olur. Bu münasibətlə illərdir şagirdlərinin həyat yollarına nur çiləyən Şövkət müəllim məktəbin direktoru Yasin Quliyev tərəfindən "Fəxri Fərman"la təltif edildi. Direktor  Şövkət xanıma ürək sözlərini bildirərək onun müəllimlik fəaliyyətini yüksək qiymətləndirdi, onun gənc müəllimlərə layiqli örnək olduğunu vurğuladı. Yasin müəllim, həmçinin bundan sonra da Şövkət müəllimə gələcək fəaliyyətində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi