Xocalı soyqırımına  həsr olunmuş onlayn tədbir keçirilib

         "Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Təhsil nazirinin 10.02.2021-ci il tarixli, F-42 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə 25.02.2021-ci il tarixdə Virtual məktəb platformasında Xocalı soyqırımına  həsr olunmuş onlayn tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfərova Zərifə, İsmayılova Elnurə, tərbiyə işləri üzrə direktor müavini Həsənova Səbirə, bir qrup müəllim və şagirdlər iştirak etmişlər. Tədbirin əvvəlində Azərbaycan Respublikasının himni səsləndirilmiş, daha sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir məktəbin dil-ədəbiyyat müəllimi Tağıyeva Afətin təşkilatçılığı ilə ərsəyə gəlmişdir. Yığıncaqda 8 A sinif şagirdlərinin ifasında Xocalı qurbanlarına həsr olunmuş şeir parçaları, vətənpərvərlik ruhunda yazılmış musiqilər səsləndirilmişdir. XX əsrin faciəsi olan Xocalı dəhşətlərini əks etdirən videoçarxlar nümayiş olunmuşdur.
Sonda məktəbin direktoru və direktor müavinləri çıxış etmişlər. Direktor Yasin Quliyev çıxışında erməni azğınlarının törətdiyi bu vəhşəti pisləmiş, qan yaddaşımız olan Xocalı faciəsini heç zaman unutmamağı tövsiyə etmişdir. Tədbirin təşkilatçılarına və şagirdlərə təşəkkürünü bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi