"21 Fevral - Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş onlayn tədbir

         Məktəbin illik fəaliyyət planının "1.3 Məktəbdənkənar və sinifdənxaric fəaliyyətlərin təşkili" bəndinə əsasən dövlət dilinin qorunmasının təbliği məqsədilə 20.02.2021-ci il tarixdə Virtual məktəb platformasında "21 Fevral - Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş onlayn tədbir keçirilmişdir. Tədbiri məktəbin dil-ədəbiyyat müəllimi Lamiyə Alməmmədova hazırlamışdır. Toplantıda məktəb rəhbərliyi, bir qrup müəllim və şagird heyəti iştirak etmişdir. 5 və 7-ci sinif şagirdlərinin ifasında dilimizin saflığını, gözəlliyini əks etdirən müxtəlif bədii parçalar səsləndirilmişdir. Dilimizin tarixi, özəlliyini saxlamaqla keçdiyi inkişaf yolu haqqında videoslaydlar nümayiş etdirilmişdir. Mövzu ilə bağlı Lamiyə Alməmmədova maraqlı məlumatlar vermişdir. Sonda məktəb rəhbərliyi və müəllimlər çıxış edərək dilimizin təmizliyini tərənnüm edən aforizmlərdən,bədii əsərlərdən nümunələr gətirmiş, Azərbaycan dilinin qorunmasının hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu vurğulamışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi