"Stresin idarə olunması"

        "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın Təhsil müəssisələrində psixoloji xidmətin təkmilləşdirilməsi və təşviqi bölməsinə əsasən 02.02.2021-ci il tarixdə Virtual məktəb platformasında məktəbin psixoloqu Turanə İmaməliyeva 8-ci sinif şagirdləri ilə "Stresin idarə olunması" mövzusunda seminar keçirmişdir. Seminarda məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova iştirak etmişdir. Seminarda daxilimizdəki harmoniya və onun tapılması, ünsiyyətin necə və kiminlə qurulması, stres və stresdən azad olmağın yolları haqqında məlumatlar verilmişdir. Daxili harmoniya üçün "Həyat çarxı" adlı praktik iş keçirilmişdir. Mövzu şagirdlərin marağına səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi