"20 Yanvar - Mübarizlik, Qəhrəmanlıq səhifəsi"

        "20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"na əsasən 19.01.2021-ci il tarixdə Virtual məktəb platformasında məktəbin dil-ədəbiyyat müəllimi Əlili İlahənin təşkil etdiyi "20 Yanvar - Mübarizlik, Qəhrəmanlıq səhifəsi" adlı onlayn tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova və bəzi müəllimlər iştirak etmişdir. Tədbirdə məktəbin 6 və 7-ci sinif şagirdlərinin ifasında 20 Yanvar şəhidlərinə ithaf olunmuş şeir parçaları səslənmiş, Vətənimizin azadlığı uğrunda gözünü qırpmadan ölümə gedən igid övladlarımıza həsr olunmuş videoçarxlar nümayiş olunmuşdur. Məktəbin direktoru Yasin Quliyevin təklifi ilə şagirdlər arasında vətənpərvərlik mövzusunda intellektual yarışma da keçirilmişdir. Qalib şagirdlər mükafatlandırılmışlar. Sonda direktor Yasin Quliyev çıxış edərək tariximizə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsi haqqında fikirlərini bölüşmüş, tədbirin təşkilatçılarına və şagirdlərə təşəkkürünü bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi