”Qanlı yanvar gecəsi”
19.01.2021-ci il tarixdə məktəbin tarix müəllimi Əmiraslanova Səbinənin 9 B sinfində təşkil etdiyi 20 Yanvar faciəsinə həsr olunmuş onlayn xüsusi dərs çox maraqlı alınmışdır. Şagirdlər bu qırğının baş verməsinin əsl səbəblərini müzakirə etmiş, faciə qurbanlarından bəhs edən videoçarxlar izləmişlər.