"31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibətilə telekonfrans keçirilib

       "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibətilə məktəbin direktoru Yasin Quliyev pedaqoji kollektivin  üzvləri ilə telekonfrans keçirmişdir.
       Həmrəyliyimizi, birliyimizi əks etdirən bu telekonfransda iştirak edən pedaqoji heyətin üzvlərinə söz verilmiş və hər birinin arzuları dinlənilmişdir. Sonda çıxış edən direktor da öz növbəsində bütün arzulara qoşularaq həmrəyliyimizin daimi olmasını, 2020-ci ildə bütün dünyaya sübut etdiyimiz bu həmrəyliyimizin bariz nümunəsi kimi, işğaldan azad olunan torpaqlarımız uğrunda gedən müharibədə tarixi qələbəmizin davamı olaraq Azərbaycanımızın inkişafı naminə hər bir sahədə bu birliyi qorumağı arzuladı. O, bu həmrəyliyin Ali Baş Komandanımız, prezidentimiz İlham Əliyev cənablarının bundan sonra da davam etdirəcəyi uğurlu və parlaq siyasətinin dəstəklənməsində, Vətən uğrunda canından keçmiş şəhidlərimizin bizə əmanət qoyub getdiyi bu torpaqların hər zaman qorunub saxlanılmasında mühüm əhəmiyyət kəsb etdiyini bir daha vurğuladı və ulu Tanrıdan Şəhidlərimizə rəhmət , Qazilərimizə şəfa diləyərək qarşıdan gələn 2021-ci ildə kollektivin hər bir üzvünə can sağlığı və işlərində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi