Onlayn valideyn iclası keçirilib

Tədris keyfiyyətinin izlənilməsi və məktəb şagirdlərinin qarşılaşdığı problemləri öyrənmək məqsədilə məktəbin direktoru Yasin Quliyev ibtidai sinif şagirdlərinin valideynləri ilə onlayn iclas keçirmişdir. Direktor müavinlərinin də iştirak etdiyi bu iclasda distant dərslərdə şagirdlərin iştirakı, müəyyən səbəblərdən distant dərslərə qoşula bilməyən şagirdlərin dərslərə cəlb edilməsi yolları müzakirə edilmişdir. Valideynlərin təklif və iradları dinlənilmişdir. Məktəb rəhbəri valideynlərin suallarını cavablandırmış, gələcəyimiz olan şagirdlərin hərtərəfli inkişafı və keyfiyyətli tədris mühitinin bundan sonra da davam etməsi üçün bütün bacarıqlarını əsirgəməyəcəyini bildirmişdir.