"Qarabağ Azərbaycandır" adlı onlayn tədbir keçirilib

       Növbəti onlayn tədbirimiz məktəbin tarix müəllimi Gülnaz Quliyeva tərəfindən hazırlanmış "Qarabağ Azərbaycandır" adlı tədbir oldu. Tədbir Virtual məktəb platformasında baş tutdu. Tədbirdə 8 a sinif şagirdlərinin təqdimatında həm tarixi məlumatlar təqdim olundu, həm də Vətənin qəhrəman oğulları haqqında bədii parçalar öz əksini tapdı. 2-ci Qarabağ müharibəsinin şanlı hadisələrini təcəssüm etdirən videoslaydlar nümayiş etdirildi. Sonda məktəb rəhbərliyi tədbirin ərsəyə gəlməsində əziyyəti keçmiş Gülnaz müəlliməyə, eləcə də vətənpərvər ruhlu şagirdlərimizə təşəkkür etdi, bir daha hər kəsi möhtəşəm Qələbə münasibətilə təbrik etdi.   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi