Onlayn sinif təşkilat saatı keçirilib

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi İlahə Əlili rəhbəri olduğu 7 f sinfində virtual məktəb platforması vasitəsi ilə 12 dekabr Ümummilli liderimiz Heydər Əliyevin anım gününə həsr olunmuş sinif təşkilat saatı keçirmişdir. Sinif saatı Heydər Əliyevin vəfatının 17-ci ildönümünə ithaf olunmuşdur. Toplantıda Ulu Öndərin həyatı, fəaliyyəti, şəxsiyyəti, uzaqgörən siyasəti haqqında 7 f sinif şagirdləri ətraflı məlumat vermişdir. Bir çox şagirdlər mövzuya həsr olunmuş faydalı videoslaydlar təqdim etmişdir. Sinif saatında bədii hissəyə də müəyyən yer verilmişdir. Sonda məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova əbədiyaşar liderimiz Heydər Əliyevlə bağlı maraqlı fikirlərini bölüşmüş, bundan sonra da ulu öndərimizi daim yaşadan bu cür tədbirlərin vaxtaşırı keçirilməsinin əhəmiyyətini vurğulamışlar.