"Qarabağ  Azərbaycandır" intellektual müsabiqənin məktəbdaxili mərhələsi keçirilib

Bakı şəhəri üzrə Təhsil İdarəsinin "Qarabağ  Azərbaycandır" intellektual müsabiqənin təşkili və keçirilməsi  barədə 04.12.2020- ci il tarixli F- 246 nömrəli əmrinə əsasən  13.12.2020- ci il tarixdə müsabiqənin ilk - məktəbdaxili mərhələsi şifahi sual-cavab şəklində keçirilmişdir.
            Məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfərova Zərifə, tarix-coğrafiya metodbirləşmə sədri Abduləzimova Susanna və metodbirləşmə üzvü Əmiraslanova Səbinənin iştirakı ilə keçirilən onlayn müsabiqəyə 8,9,10,11-ci siniflər üzrə- 8 a sinfi-Hüseynli Toğrul Səbuhi oğlu, Verdiyeva Aydan Aydın qızı, 8 ç sinfi- Hacıyev Fərid Məzahir oğlu, Əsədov Fərid Əsəd oğlu, 8 ə sinfi- Qənizadə Kamil Qeyrət oğlu, 9 a sinfi-Musalı Xalidə Bəxtiyar qızı, 9 c sinfi- Yusifli Qəzənfər Fuad oğlu, 10 a sinfi- Alızadə Toğrul Asəf oğlu, Zeynallı Fərid Fazil oğlu, 11a sinfi- Həsənov Əli Elşad oğlu qatılmışlar.
            Şagirdlərə ünvanlanan suallar həm aktuallığına görə ,həm də müsabiqənin şərtlərinə uyğunluğuna görə tərtib olunmuşdur. Suallara daha çox və dolğun cavab verən 11a sinif şagirdi Əli Həsənov müsabiqənin qalibi elan olunmuşdur və rayon turuna vəsiqə qazanmışdır.
  Sonda məktəbin direktoru Yasin Quliyev çıxış edərək şagirdlərə tövsiyyələrini söylədi və qalib olan Əli Həsənova növbəti turlarda da uğurlar qazanmağı arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi