"Heç kim unudulmur, heç nə yaddan çıxmır"

Virtual məktəb platforması üzərindən məktəbimizin bir qrup şagird və müəllimlərinin iştirakı ilə "Heç kim unudulmur, heç nə yaddan çıxmır" adlı onlayn tədbir keçirilmişdir. Tədbir II Dünya müharibəsinin qəhrəmanı, Fransanın milli qəhrəmanı həmyerlimiz Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuşdur. Tədbirdə Əhmədiyyə Cəbrayılovun həyatı, döyüş yolu haqqında 8a sinif şagirdləri ətraflı məlumat vermişdir. Qəhrəmanın döyüş yolunu işıqlandıran "Xarqo" filminə də yer verilmişdir.
Tədbir Qarabağımıza həsr olunmuş Qələbə sevinci ilə yekunlaşmışdır. Tədbiri məktəbin dil-ədəbiyyat müəllimi Afət Tağıyeva hazırlamışdır.Tədbirin mətnini isə məktəbin tarix müəllimi Gülnaz Quliyeva araşdıraraq tərtib etmişdir. Tədbirin sonunda məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova çıxış edərək vətənpərvər ruhlu bu cür tədbirlərin mütəmadi keçirilməsini tövsiyə etmişlər.