"Su ehtiyatlarından qənaətlə və səmərəli yollarla istifadə"

    Virtual məktəb platforması üzərindən məktəbimizin şagirdlərinin iştirakı ilə "Su ehtiyatlarından qənaətlə və səmərəli yollarla istifadə" adlı maarifləndirmə xarakterli onlayn tədbir keçirilmişdir.Tədbirə müxtəlif yaş qrupları üzrə 5-11-ci siniflərdən şagirdlər qoşulmuşdur. Məktəbin coğrafiya müəllimi Fatimə Xəlilovanın təşkil etdiyi tədbirdə ölkəmizin su ehtiyatları, onlardan qənaətlə istifadə edilməsi, həmçinin işğaldan azad olunmuş torpaqlarımızın su resursları haqqında məlumat verilmişdir. Bir çox şagirdlər mövzuya həsr olunmuş maraqlı videoslaydlar, plakatlar təqdim etmişdir. Tədbirdə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, tərbiyə işləri üzrə direktor müavini Səbirə Həsənova çıxış edərək mövzu ilə bağlı fikir və tövsiyələrini bildirmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi