İclas keçirilib

        Humanitar və riyaziyyat- iqtisadiyyat təmayül üzrə komplektləşdirilmiş sinifdə oxuyacaq şagirdlər və onların valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirilmişdir. Görüşdə məktəbin direktoru Yasin Quliyev çıxış edərək yüksək nəticələrinə əsasən təmayül üzrə ixtisaslaşmış sinfə qəbul olunduqlarına görə şagirdləri və onların valideynlərini təbrik etmiş, şagirdlərə, onlara göstərilmiş bu etimadı doğrultmağı, gələcəkdə seçdikləri ixtisaslar üzrə ən yüksək nəticələrlə universitetlərə qəbul olmağı arzulamışdır. Daha sonra o, bildirmişdir ki, bunun üçün hər bir şagird qarşısına qoyulan tələblərə ciddi əməl etməli,verilən tapşırıqlara və müəllimlərin tövsiyyələrinə hər zaman diqqətli olaraq arzularına çatmaq üçün çalışmalıdırlar. Bunun üçün dövlətimizin onlar üçün yaratdığı gözəl şəraitdən maksimum istifadə etməyi bacarmalıdırlar.

Sonda Yasin Quliyev şagirdləri və valideynləri maraqlandıran suallara cavab vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi