"Fərqlənmə attestatı"

            Məktəbin 11 c sinif şagirdi- Azadə Məmmədzadə, 11 ç sinif şagirdləri - Həsənli Fatimə və Baxşəliyev Nizami oxuduqları illər ərzində hər zaman müəllimlərinin etimadını doğrultmuş, sonda isə həm DİM-nin keçirdiyi imtahanlardan 600 baldan yuxarı nəticə göstərmiş, həm də fərqlənmə attestatına layiq görülmüşlər.

Məktəbin direktoru Yasin Quliyev onların bu nailiyyətlərini yüksək qiymətləndirmiş, çətin vaxtlarda, pandemiyanın tüğyan etdiyi bir dövrdə bu cür gözəl nəticələrinə görə şagirdləri təbrik etmiş, bundan sonrakı həyatlarında da daim uğurlar qazanmağı arzulamışdır. Sonda isə fərqlənmə attestatını şagirdlərə təqdim etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi