"Açıq dərs"

Məktəbin "Fəaliyyət Planı"na əsasən "Azərbaycan dili və Ədəbiyyat aylığı" çərçivəsində fevralın 28-də açıq dərs keçirilmişdir. Azərbaycan dili və ədəbiyyat müəllimi Hafizə Həsənovanın rəhbərliyi ilə 9 ç sinfində azərbaycan dili dərsində “Tabeli mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirən digər vasitələr” mövzusunda açıq dərs keçdi.Dərsdə məktəb direktoru Yasin Quliyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova iştirak edirdilər.Şagirdlər üç qrupa bölunmüşdülər: “Şəfqət”, “Mərhəmət”, “İradə”. Müəllim şagirdlərin mövzunu necə qavramasını yoxlamaq məqsədilə onlara konkret suallar verib və dərsin gedişatı prosesində nəticələri qiymətləndirdi.