ʽʽXocalı soyqırımını unutmaʼʼ rəsm müsabiqəsi

Sabunçu Rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş ʽʽXocalı soyqırımını unutmaʼʼ mövzusunda Sabunçu rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən rəsm müsabiqəsində fərqləndiklərinə görə məktəbimizin V ç sinif şagirdi Dəniz Hümbətova, V ç sinif şagirdi Badam Kərimova,IX b sinif şagirdi Şahin Bayramov və IX ç sinif şagirdi Rüfanə Ağazadə Diplomla mükafatlandırılıblar. Məktəbin direktoru Yasin Quliyev və təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova şagirdlərimizi təbrik etdilər və onlara yeni nailiyyətlər arzuladılar.