"Xocalı Soyqırımı" mövzusunda sərgi təşkil edilib

Xocalı faciəsinin 28-ci il dönümünə həsr olunmuş silsilə tədbirlər davam edir. Fevralın 26-da məktəbin tərbiyə işləri üzrə direktor müavini Abidə Sadıqova və təsviri incəsənət müəllimi Mətanət Abdullayevanın rəhbərliyi ilə "Xocalı Soyqırımı" mövzusunda sərgi təşkil etmişdilər. Sərgidə şagirdlərin "Xocalı Soyqırımı" na həsr olunmuş rəsmləri və divar qəzetləri sərgiləndi.