"Tarixin Qan Yaddaşı"

Fevralın 26-da məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Hafizə Həsənovanın rəhbərliyi ilə 8 e sinfində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş "Tarixin Qan Yaddaşı" adlı tədbir keçirmişdir.İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər vətən haqqlnda şeirlər, mahnılar söylədilər. Sonra “Xoca” filmindən fraqment və “Xocalı 613” adlı videoçarx nümayiş olundu.