"Xocalı 28”

Məktəbin fəaliyyət planına uyğun olaraq fevralın 26-da ibtidai sinif müəllimi Mətanət Rəcəbovanın təşkilatçılığı ilə 2 a sinfində "Xocalı 28” adlı sinif tədbiri keçirdi. Əvvəlcə dövlət himni səsləndi, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra müəllim Mətanət Rəcəbova 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım barədə məlumat verdi. Şagirdlər həmin gecəni xatırladan anları şeir və səhnəciklərlə nümayiş etdilər.