“Xocalını unutmadıq, unutmarıq!”

         Fevralın 25-də məktəbdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalını unutmadıq, unutmarıq!” adlı tədbir keçirilmişdir. İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şagirdlər Xocalıya həsr olunmuş şeirlər, kompozisyalar, səhnəciklər, tarixi faciənin görüntülərindən ibarət videoçarx nümayiş etdilər. Tədbirin sonunda məktəbin direktoru Yasin Quliyev çıxış edərək faciə haqqında danışdı və şagirdlərə bu tarixi faciəni unutmamağa çağırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi