"Ekolob" layihə Olimpiadası qalibləri

Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə "Ekolob" Layihə Olimpiadasının Sabunçu rayon mərhələsində 71№ li tam orta məktəbinin şagirdləri yüksək nəticələr əldə edərək I yerə layiq görülmüşlər.Məktəbimiz bu Olimpiada mərhələsinə Biologiya və İKT tədqiqat sahələri üzrə iki komanda ilə təmsil olunmuşdu.Hər iki komandaya məktəbin İnformatika müəllimi Abidə Sadıqova rəhbərlik edirdi.Şagirdlərdən X b sinif şagirdi Qənbərli Nərmin,VIII c sinif şagirdi Qənbərli Emin,VII a sinif şagirdləri Süleymanlı Nəzrin və Süleymanlı Sabir yüksək səviyyədə çıxış edərək I yerə layiq görülmüşlər.Onlar Təhsil Nazirliyinin "Diplom"u ilə təltif edilmişlər. Qalib şagirdlər məktəbimizint direktoru Mahirə Qocayeva,Təşkilati işlər üzrə direktor müavini Şəmsiyyə Azəri,Tədris hissə müdirləri Elçin Hüseynov və Zərifə Cəfərova tərəfindən də təbrik edilmiş və təhsildə onlara müvəffəqiyyətlər arzulanmışdı.