“Mirzə Fətəli Axundzadə”nin həyat və yaradıcılığı mövzusunda layihə

Fevralın 19-da məktəbin tarix müəllimi Solmaz Quliyevanın rəhbərliyi ilə V "a" sinif şagirdləri Azərbaycan tarixi dərsində Azərbaycan dramaturgiyasının banisi, yazıçı-dramaturq, filosof, ictimai xadimi "Mirzə Fətəli Axundzadə"nin həyat və yaradıcılığı mövzusunda layihənin təqdimatını keçirmişdilər. Şagirdlər Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verdilər, hazırladıqları plakatları və slaydları nümayiş etdilər. Sonda hər bir şagirdin təqdim etdiyi layihə müəllim tərəfindən qiymətləndirildi.