“Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”

Fevral ayının 14-də məktəbdə 9,10,11-ci sinif şagirdləri arasında “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin məktəbdaxili yarışı keçirildi. Məktəbdaxili müsabiqədə qalib gələn 9 c sinif şagirdi Emil Rəhimli,10 b sinif şagirdi Firəngiz Vəlizadə,11 b sinif şagirdi Yusif Bayramov növbəti mərhələdə iştirak etmək hüququ qazandılar. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin praktik və yaradıcılıq bacarıqlarını daha da artırmaq, onların inkişaf etdirilməsinə şərait yaratmaq, bu sahədə dərin biliklərə malik şagirdləri aşkar etməkdən ibarətdir.