IV sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirilib

Fevralın 3-də məktəbdə IV sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi. İclasda məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Elnurə İsmayılova, tərbiyə işləri üzrə direktor müavini Abidə Sadıqova, sinif rəhbərləri və IV sinif şagirdlərinin valideynləri iştirak edirdilər. Məktəbin direktoru Yasin Quliyev valideynləri salamlayaraq 2019-2020-ci tədris ilində 1-ci yarımilinin hesabatları, KSQ, BSQ, şagirdlərin dərsə davamiyyəti, dərsə gecikmə və digər mövzular müzakirə olundu. Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.