Birinci sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirilib

1 fevral 2020-ci il tarixdə birinci sinif şagirdlərinin valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi. İclasda məktəbin direktoru Yasin Quliyev, tərbiyə işləri üzrə direktor müavini Abidə Sadıqova, sinif rəhbərləri və birinci sinif şagirdlərinin valideynləri iştirak edirdilər. Məktəbin direktoru Yasin Quliyev valideynləri salamlayaraq 1-ci yarımilin hesabatları, məktəb-şagird-valideyn münasibətləri, məktəbdaxili nizam-intizam qaydaları haqqında ətraflı məlumat verdi. Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.