“Azadlığa gedən yolun zirvəsi !...” adlı tədbir keçirilib

         Yanvarın 18-də məktəbin ingilis dili müəllimi, “Kiçik Akademiya”nın prezidenti Alidə Şükürovanın rəhbərliyi ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Azadlığa gedən yolun zirvəsi !...” adlı tədbir keçirildi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.  Şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi. Qan yaddaşımız olan bu tarixi günə həsr olunmuş şeirlər, mahnılar şagirdlər tərəfindən ifa olundu. Video slayd göstərildi, həmin dövrün keşməkeşlərini özündə əks etdirən kompozisiya nümayiş etdirildi. Sonda məktəbin direktoru Yasin Quliyev çıxış edərək 20 Yanvar faciəsinin xalqımız üçün böyük itki olması ilə yanaşı bu günün tariximizdə şanlı bir səhifə olduğunu da söylədi.

Şəhidlər heç bir zaman unudulmur və Azərbaycan xalqının qəlbində daima yaşayacaqlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi