"Torpağın altı da mənə Vətəndir" mövzusunda sinif təşkilat saatı keçirilib

         Məktəbin tarix müəllimi Səbinə Əmiraslanova 8 b sinfində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş "Torpağın altı da mənə Vətəndir" mövzusunda sinif təşkilat saatı keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Şagirdlər faciəyə həsr olunmuş səhnəciklər nümayiş etdilər, 20 Yanvar faciəsinə həsr edilmiş şeirlər söylədilər.Tarix müəllimi  Səbinə Əmiraslanova geniş məruzə ilə çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı faciənin səbəbləri, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə ətraflı məlumat verdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi