“Şəhidlər ölməz,Vətən bölünməz”

Yanvarın 16-da məktəbin ibtidai sinif müəllimi Yaqut Hüsiyeva 2 "b" sinfində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş “Şəhidlər ölməz,Vətən bölünməz” mövzusunda təşkilat saatı keçirmişdir. İlk olaraq şagirdlər 1 dəqiqəlik sükutla şəhidlərin ruhunu yad etdilər. Daha sonra sinif rəhbəri Yaqut Hüsiyeva 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixi haqqında danışmış, bu faciədə həlak olmuş şəhidlər xalq qəhrəmanları olduğunu bildirmişdir. Şagirdlər şeirlər söyləmiş, 20 Yanvar faciəsinə əks etdirən əl işləri və plakatlar nümayiş etmişdilər.