VI sinif şagirdlərinin valideynləri ilə marifləndirici seminar keçirilib

ʽYeniyetməlik dövründə yaranan problemlər və onların həlli yolları" mövzusunda VI sinif şagirdlərinin valideynləri ilə marifləndirici seminar keçirildi. Seminarda məktəbin direktoru Yasin Quliyev, məktəbin psixoloqu Turanə İmaməliyeva, təsərrüfat işləri üzrə direktor müavini Bəşir Baxşalıyev və VI sinif şagirdlərinin valideynləri iştirak edirdilər. Seminarın məqsədi yeniyetməlik yaş dövrünün xüsusiyyətləri, yeniyetməlik yaş dövründə əsas aparıcı fəaliyyət, psixoloji və fizioloji dəyişikliklər valideyn-övlad münasibətləri, psixoloji problemlər, bu problemlərin həlli yolları haqqında valideynlər marifləndirildi. Seminarın sonunda valideynlərin sualları cavablandırıldı.