Yeniyetməlik yaş dövrü mövzusunda marifləndirici seminar keçirilib

10 yanvar 2020-ci il tarixdə məktəbdə ʽʽYeniyetməlik yaş dövründə yaranan fizioloji və psixoloji dəyişiklərʼʼ mövzusunda VI sinif qızları ilə marifləndirici seminar keçirildi. Seminarda məktəbin psixoloqu Turanə İmaməliyeva, tibb bacıları Xəyalə Osmanova, Aytac Yunusova və VI sinif qızları iştirak edirdilər. Seminarda yeniyetməlik yaş dövründə yaranan dəyişikliklər mövzusunda slaydlar nümayiş olundu və maarifləndirici söhbətlər aparıldı. Sonda şagirdləri maraqlandıran suallara cavab verildi.