“Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibətilə tədbir keçirilib.

30 dekabr 2019-cu il tarixdə məktəbdə “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibətilə tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi və şagirdlər iştirak edirdilər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Məktəbin direktoru Yasin Quliyev çıxış edərək dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən və əhəmiyyətindən,ümummilli lider Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən danışdı. Müəllimləri və şagirdləri bayram münasibətilə təbrik etdi və arzularını bildirdi.

Şagirdlərimiz şeirlər söyləyib, səhnəciklər təqdim edib, rəqs , mahnılar ifa etdilər. Şaxta baba və Qar qız şənliyə daha da rəng qatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi