“Heydər Əliyev və Azərbaycan tarixi”

     24 dekabr 2019-cu il tarixdə Bakı Şəhər İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan tarixi” kitabının təqdimetmə mərasimi keçirilmişdi. Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirinin müavini Ədalət Teymurov, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər. Bakı şəhər məktəblərində keçirilən tarix konfranslarında Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunan, 1116 nəfər şagirdin hazırladıqları monoqrafiyaların 60-dan çoxu komisiyya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” kitabına daxil edilmişdir. Sabunçu məktəbliləri içərisində məktəbimizin tarix müəllimi Gülnaz Quliyeva və şagirdimiz Lalə Həsənova “Azərbaycan Bayandur dövləti” mövzusunda yazdığı referatda yer tutmuş və çap olunmuş kitabda öz əksini tapmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi