ʽʽMənfi ədədlərin toplanmasıʼʼ mövzusunda açıq dərs keçirilib

    Məktəbdə ʻʻRiyaziyyat aylığıʼʼ  ilə əlaqədar olaraq, riyaziyyat müəllimi Elnarə Həsənovanın təşkilatçılığı ilə 6 ʽʽdʼʼ sinif şagirdləri riyaziyyat fənnindən ʽʽMənfi ədədlərin toplanmasıʼʼ mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsdə məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Zərifə Cəfərova, Elnurə İsmayılova və riyaziyyat müəllimi Arzu Cəfərova iştirak edirdilər. Şagirdlər qruplara bölünmüşdülər: l qrup ʽʽRiyaziyyatçılarʼʼ, ll qrup ʽʽZəkalılarʼʼ, lll qrup ʽʽİstedadlılarʼʼ, lV qrup ʽʽZirvədəkilərʼʼ.Hər qrup mövzuya uyğun plakatlar və slaydlar hazırlamışdılar. Şagirdlər verilən tapşırıqların öhdəsindən gəldilər. Sonda müəllim qrupları qiymətləndirdi. "Riyaziyyatçılarʼʼ qrupu qalib gəldi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi