5 "c" və 9 "a" sinif şagirdləri tibbi müayinədən keçiblər

Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən 2019-cu ilin dekabr ayı ərzində "Sağlam Təhsil-Sağlam Millət" pilot layihəsi çərçivəsində ölkə üzrə 5-ci və 9-cu sinif şagirdlərinin sağlamlıqla bağlı milli qiymətləndirmə keçirilməsi nəzərdə tutulmuşdu.
20 dekabr tarixində məktəbimizdə "Sağlam Təhsil-Sağlam Millət" pilot layihəsi çərçivəsində 5 "c" və 9 "a" sinif şagirdləri seçilmişdi. Təhsil İnstitutunun əməkdaşı Könül Nəbiyeva sorğu keçirdi. Həkim Nigar Həsənova 5 "c" və 9 "a" sinif şagirdlərini (göz, qamət, boy və çəki) tibbi müayinədən keçirdi.