"Hazır yuva" mövzusunda təqdimat keçirilib

             ​Dekabrın 19-da məktəbin ibtidai sinif müəllimi Əsmayə İsmayılovanın rəhbərliyi ilə IV "c" sinif şagirdləri Azərbaycan dili dərsində "Hazır yuva" mövzusunda təqdimat hazırlamışdılar. Dərsin giriş hissəsində sinif rəhbəri Əsmayə İsmayılova "başqasının yuvasına göz dikmək olarmı?" sualı ilə şagirdlərə müraciət etdi. Şagirdlər çox maraqlı və təsirli fikir bildirərək nəinki bəzi quşların, hətta düşmənlərimizin də bizim torpaqlarımıza, yurdumuza-yuvamıza göz dikdiklərini söylədilər. Mövzuya uyğun olaraq şagirdlər sərçələr və qaranquşlar haqqında bəzi araşdırmalar aparıb, əldə etdikləri məlumatları sinif yoldaşları ilə bölüşmüşlər. Dərsə dəvət olunan məktəbin biologiya müəllimi Aliyə Abdullayeva da şagirdlərə quşlar haqqında maraqlı məlumatlar verdi. Sonda sinif rəhbəri qonağa və şagirdlərə göstərdikləri fəaliyyətə görə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi