“Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirilib

        Dekabrın 18-də “Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirildi. İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Məktəbin direktoru Yasin Quliyev çıxış edərək valideynləri salamladı, bu layihədə iştirak etdiklərinə görə onlara minnətdarlığını bildirdi, daha sonra görülmüş işlər haqqında ümumi məlumat verdi. Müəllimlər açıq dərslər və təşkilat saatları verdi. Həmin dərslərdə valideyinlər iştirak etmişdilər. Sonra şagirdlərimiz hazırladıqları şeirlər söyləyib, səhnəciklər təqdim edib, rəqs , mahnılar ifa etdilər. Valideynlərin rəyləri, təklifləri dinlənildi. Valideynlər məktəbin foyesində təşkil olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiylə tanış oldular.

“Valideynin məktəbdə bir günü” adlı layihəsi keçirilməsində məqsəd  valideynləri övladlarının təhsil aldıqları tədris ocaqları ilə yaxından tanış etmək, tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi