"Heydər Əliyevin həyat yolu və irsi" mövzusunda təşkilat saatı keçirilib

Heydər Əliyev Azərbaycan Respublikasının qurucusu, lideri, ən çətin vəziyyətdən Azərbaycanı xilas edən dahi əvəzolunmaz bir şəxsiyyətdir. Dekabrın 12-də məktəbin tarix müəllimi Səbinə Əmiraslanovanın rəhbərliyi ilə VIII b sinfində Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı "Heydər Əliyevin həyat yolu və irsi" mövzusunda təşkilat saatı keçirildi. Təşkilat saatında şagirdlər Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və fəaliyyəti barədə məlumat verdilər.