''Reaktiv hərəkətin tədqiqi " mövzusunda təqdimat dərsi keçirilib

    Məktəbin fizika müəllimi Afaq Nəbiyevanın rəhbərliyi ilə X "b" sinif şagirdləri fizika fənnindən "Reaktiv hərəkətin tədqiqi" mövzusunda təqdimat dərsi keçirilib.Təqdimatda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, fizika müəllimi Çiçək Mehdiyeva, riyaziyyat müəllimi Arzu Cəfərova, biologiya müəllimi Xəyalə Kərimova, Azərbaycan dili müəllimləri Fəridə Məhərrəmova, Hafizə Həsənova, coğrafiya müəllimi Fatimə Xəlilova iştirak edirdilər. Şagirdlər 3 qrupa bölündülər.1."Tusi", 2."Nyuton", 3."Coul". Hər qrup mövzuya uyğun divar qəzetləri və slaydlar hazırlamışdılar. Raketin maketini qurmuşdular. Şagirdlər  "Raket"  böyük sürətlə qalxır təcrübəsini apardılar. Müəllim qiymətləndirmə cədvəlində qrupları qiymətləndirdi. "Tusi" qrupu qalib gəldi.

    Sonda X "b" şagirdləri məktəbin direktoru Yasin Quliyevin doğum günü münasibəti ilə təbrik etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi