ʻʻThe Wish of the Landʼʼ mövzusunda təqdimat keçirilib

Dekabrın 9-da məktəbin ingilis dili müəllimi Alidə Şükürovanın rəhbərliyi ilə 8 "a" sinif şagirdləri ingilis dili fənnindən ʻʻThe Wish of the Landʼʼ mövzusunda təqdimat dərsi keçirmişdi. Təqdimatda məktəbin direktoru Yasin Quliyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Cəfərova, ingilis dili müəllimi Mələknisə Qaibxanova, informatika müəllimi Abidə Sadıqova iştirak edirdilər. Şagirdlər 3 qrupa bölündülər. Qruplar dünya şöhrətli rəssamlar ʻʻThe Wish of the Landʼʼ Səttar Bəhlulzadə, ʻʻGuernicaʼʼ Pablo Picasso, ʻʻPavement Picassoʼʼ Julian Bever haqqında ətraflı məlumat verdilər. Dərsdə video, plakat, şəkil və slaydlardan istifadə edildi. Sonda Pablo Picasso ʻGuernicaʼʼ qrupu qalib gəldi.