“Ölkəmizi tanıyaq!"
“Ölkəmizi tanıyaq!” layihəsinin XII tur-aksiyası çərçivəsində ölkəmizin regionlarına təşkil edilmiş səfərlərdə məktəbimizin 11a sinif şagirdi Məmmədov Aqşin Əligüşad oğlu və 9b sinif şagirdi Balayev Rasim Rahim oğlu da iştirak etdilər. Adı çəkilən şagirdlərimiz “Nə? Harada? Nə zaman?” intellektual yarışmasında II yerə layiq görülərək Azərbaycan İntellektual Klublar Assosiasiyasının sertifikatı ilə təltif olundular.
Həmçinin onlar Gəncə-Şəmkir-Göygöl marşurutu ilə ekskursiyaya çıxaraq həmin şəhər və rayonların tarixi, mədəniyyəti, abidə və muzeyləri ilə də yaxından tanış olublar.