“Valideynin məktəbdə bir günü”
Aprelin 24-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-66 nömrəli əmrinə əsasən məktəbimizdə “Valideynin məktəbdə bir günü” layihəsi həyata keçirildi. İlk olaraq valideynlər üçün məktəbin il boyu gördüyü işləri, naİliyyətlərini əks etdirən videoçarx nümayiş etdirildi. Məktəbin direktoru müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan bəhs etdi. Daha sonra valideynlər məktəb mühiti ilə tanış oldular. Valideynlərə övladlarının dərslərini dinləmələrinə şərait yaradıldı. Son olaraq valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənildi və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparıldı.