“Narkomaniyaya yox deyək!”
Aprelin 13-də məktəbimizdə təşkil olunan tədbir narkomaniyaya qarşı mübarizə mövzusuna həsr olunmuşdur. Tədbirdə Sabunçu PŞ-nin əməkdaşları iştirak etdi. İlk olaraq məktəbin direktoru Taleh Şahbazov polis əməkdaşlarını təqdim edərək, onların gəlişinin məqsədini açıqladı. Polis əməkdaşları da öz çıxışlarında narkomaniyanın törətdiyi acı və dəhşətli fəsadlar barəsində geniş şəkildə marifləndirici söhbət apardılar. Son olaraq videoçarx nümayiş etdirildi və şagirdləri maraqlandıran suallar cavablandırıldı.