“1 Mart Beynəlxalq Mülki Müdafiə Günü”

Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir. Beynəlxalq Mülki Müdafiə günü  69 nömrəli tam orta məktəbin 2c sinif şagirdləri və sinif rəhbəri Samirə Kərimova tərəfindən yüksək səviyyədə təşkil olundu. Şagirdlər təxliyyə planı, təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması barədə ətraflı məlumat verdilər və belə hadisələrin nəticələrinin aradan necə qaldırılması haqda danışdılar. Hətta təcrübə olaraq kimyəvi maddələrdən vulkan püskürməsini də göstərdilər.

Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi