Şagirdlərə “İlk tibbi yardım” adlı seminar
Dekabrın 25-də Sabunçu rayonu 69 nömrəli tam orta məktəbdə VIII sinif şagirdlərinə ilk tibbi yardımla əlaqədar seminar keçirildi. Seminarda qanaxmalar, suda boğulma, sınıqlar, yanıqlar və zəhərlənmə mövzuları ətrafında danışıqlar oldu. Həmçinin seminara tibb işçiləri də dəvət olunmuşdu. Onlar da həmin mövzular barəsində daha ətraflı məlumat verdilər. Şagirdlər sual-cavab edildi və son olaraq onlara videoçarxlar nümayiş etdirildi.