Tarixi abidələr aləminə sayəhət
Sabunçu rayonu 69 nömrəli tam orta məktəbin 4d sinif şagirdləri ilə ibtidai sinif müəllimi Hüseynova İlhamə Azərbaycanda yerləşən “Yanardağ” dövlət tarixi-mədəniyyət və “Atəşgah” alov məbədində olmuşlar. Məqsəd şagirdlərdə tariximiz, tarixi abidələrimiz haqqında bilikləri artırmaqdır. Məbəddə Atəşgahın yaranması və muzeyin fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verildi. Şagirdlər Atəşgahın Hindistanlılar tərəfindən XVII əsrdə tikilməsi barədə məlumat aldılar. Bir daha Azərbaycanın qədim ölkə olması və dünya ölkələrinin həmişə bizim ölkəmizlə əlaqələri olduğunu öyrəndilər.