“Beynəlxalq məktəb kitabxanaları günü” ilə əlaqədar ekskursiya
UNESCO-nun təşəbbüsü ilə 1999-cu ildən etibarən 22 oktyabr tarixində qeyd olunan “Beynəlxalq məktəb kitabxanaları günü” və IV sinif Həyat bilgisi dərsliyində olan “Kitabxana” mövzusu ilə əlaqədar ibtidai sinif müəllimi Hüseynova İlhamə şagirdləri ilə birlikdə ”Baku Book Center” və “Miniatür kitab muzeyinə” ekskursiya təşkil etdi.Şagirdlər müxtəlif kitablarla tanış oldular, yeni məlumatlar əldə etdilər.Əsas məqsəd uşaqların kitaba, mütaliəyə marağının artırılması, onların kiçik yaşlardan kitabxana ilə tanışlığı idi.