Fizika gecəsi
Bakı şəhəri 69 nömrəli tam orta məktəbin fəaliyyət planına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlə davam etdirilir. 24.05.2018-ci il tarixdə keçirilən tədbiri müxtəlif VIII siniflərin gənc fizikaçıları təşkil etmişdilər. Fizika fənninə aid ədəbi-bədii şəkildə şagirdlərin çıxışları, Azərbaycan müstəqilliyini tərənnüm edən mahnı ifaları müxtəlif və şagird kollektivi tərəfindən alqışlarla qarşılandı. Məktəbin direktoru Taleh Şahbazov AXC-nin 100 illiyi ilə geniş məruzə ilə çıxış etdi. Son olaraq Fizika müəllimi Əliyeva Səyyarə Təşəkkürnamə ilə təltif olundu.