RIYAZIYYAT ELMLƏRİN ŞAHIDIR

Yanvarın 14-də Sabunçu rayonu 69 nömrəli tam orta məktəbdə 8 b sinif şagirdlərinin hazırladığı "Riyaziyyat Elmlərin Şahıdır" adlı ədəbi-bədii gecə keçirildi.Uşaqlar riyaziyyatın yaranması, rəqəmlərin meydana gəlməsi, qədim və müasir riyaziyyatçılar haqqında məlumat verdilər. Uşaqlar "Bizim dəcəl rəqəmlər","Həndəsi fiqurlar", "Riyaziyyatın digər fənlərlə inteqrasiyası" adlı səhnəciklər hazırlamışdılar. Nəsrəddin Tusi ilə bağlı səhnəcik daha maraqla qarşılandı. "Riyaziyyat dərsi" dərsi adlı səhnəcikdə müəllimə uşaqlara dahi alim Lütfizadə haqqında məlumat verdi, həyat və yaradıcılığını əks etdirən slaydlar göstərdi. Bu səhnəcik əsl dərsi xatırladırdı. Sonda məktəbin direktoru Xalıqverdi Abbasov uşaqları təbrik etdi. Tədbirin hazırlanmasında kömək etdiyinə görə sinif rəhbəri Əliyeva Aida müəlliməyə, riyaziyyat müəllimi Novruzov Valeh müəllimə və kitabxanaçı Məmmədova Nərminə müəlliməyə təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi